Səfirin tərcümeyi-halı

 

Səfir

Rəhman Mustafayev

Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.

1980-1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır.

1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur.

1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.

1994-1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.

2000-2006–cı illərdə Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Rəhman Mustafayev 22/10/2009-dan 23/06/2017-yə kimi Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.

Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

İngilis, fransız, rus, ərəb dillərini bilir.

Evlidir, 2 övladı var.

 

 

 

 
bakushop_1