Tərcümeyi-hal

Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyov 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.  O, 1988-1992-ci llərdə Azərbaycan Dillər Universitetində ali təhsil almışdır.

Elçin Əmirbəyov ilk əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində attaşe olaraq başlamışdır.

1993-cü ildə Xarici İşlər Nazirliyinin Təşkilatlar Departementinin üçüncü katibi vəzifəsində çalışmışdır. Eyni illərdə o, Paris Beynəlxalq İnstitunun Dövlət İdarəçiliyi üzrə aspirantura pilləsində təhsil almışdır. Daha sonra Romada NATO müdafiə kollecində və 1994-cü ildə Almaniyanın Oberammerqau şəhərində NATO məktəbində təlim keçmişdir.

1995-1997-ci illərdə o, Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərmişdir.

Xarici İşlər Nazirliyinə geri döndükdən o, ardıcıl olaraq 1998-ci ildə  Beynəlxalq təşkilatlar şöbəsinin birinci katibi vəzifəsində, daha sonra isə 1999-cu ildə eyni şöbənin rəis müavini vəzifələrində çalışmışdır.

2000-ci ildə o, ABŞ-da Harvard Universitetinin JF Kennedy adına məktəbində beynəlxalq və milli təhlükəsizlik üzrə kurs keçmiş və 2001-2003-cü illərdə Brüsseldə NATO-nun Azərbaycan nümayəndəliyinin müşaviri təyin edilmişdir.

2003-2004-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində müşavir olaraq çalışmışdır.

2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərmiş, həmçinin eyni illərdə İsveçrədə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifələrini də icra  etmişdir. Bununla yanaşı 2005-ci ildən Vatikanda, 2006-2010-cu illərdə isə Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfir vəzifələrini icra etmişdir.

Elçin Əmirbəyov 06.01.2010-dan 23.06.2017-yə kimi Azərbaycanın Fransada və eyni zamanda Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir.

24 iyun 2017-də Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilmişdir.