Problemli Məsələlər

- Fransa şəhər və regionlarının Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə “dostluq və əməkdaşlıq sazişləri” imzalaması;

-İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimin “Fransadakı nümayəndəliyi” (“Dağlıq Qarabağ respublikası"nın Fransadakı nümayəndəliyi) adlı qurumun fəaliyyət göstərməsi.

Qondarma “Dağlıq Qarabağ Respublikasının Fransadakı nümayəndəliyi” Parisin 16-cı rayonunda – Deqa küçəsi №10 ünvanında yerləşir. İnternet səhifəsi (http://www.haut-karabagh.com/) vardır. Özünü qondarma qurumun nümayəndəsi adlandıran Hovanes Qevorkyan Fransanın müxtəlif qurumları, o cümlədən Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanları rəhbərlərinin, tələbələrin Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlərini təşkil edir. Yerli erməni icmasının dəstəyi ilə, separatçı rejimin “prezidenti”, “baş naziri”, “parlament sədri” və “nazirləri”nin Fransaya səfərlərini həyata keçirir. XİN və Fransadakı səfirliyimiz qondarma qurumun qeyri-qanuni fəaliyyəti ilə bağlı məlumatları dəfələrlə Fransa tərəfinə təqdim etmiş və bu fəaliyyətin qarşısının alınmasında tədbirlər görülməsini istəmişdir. Fransa tərəfi cavab olaraq, “Fransa tərəfinin Dağlıq Qarabağın müstəqilliyini tanımadığını, özünü “Artsax Respublikasının Fransadakı nümayəndəliyi” adlandıran qurumun Fransa qanunvericiliyinə əsasən heç bir diplomatik statusu olmadığını və Fransa Hökumətinin bu qurumla heç bir əlaqəyə malik olmadığını” bildirmişdir. Qurum fəaliyyətini davam etdirməkdədir;  

Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə “dostluq və əməkdaşlıq sazişləri” imzalamış Fransa şəhər və regionları

   31.10.2018