2017-06-22
Azərbaycanlı nevroloq Fransada beynəlxalq konqresdə iştirak edir (AzerTac.az)

Fransanın Lion şəhərində Avropa Pediatrik Nevroloji konqres keçirilir. Azərbaycanı bu forumda Avropa Uşaq Nevroloji Cəmiyyətinin həqiqi üzvü, nevroloq Rima İbadova təmsil edir.

Rima İbadova AZƏRTAC-a məxsusi müsahibəsində bildirib ki, konqresdə “Valporik asid qaynaqlı trombositopeniya” adlı məruzə ilə çıxış edib.

Beynəlxalq konqresin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislərin öz praktika və bacarıqlarını, tibbi yenilikləri birgə paylaşmaqla, biliklərin yenilənməsi və tətbiqi, nevroloji xəstələrin həyat keyfiyyətini yaxşılaşdırılmasından ibarətdir.

“Doğulandan sonra gec ağlayan, normal əmə bilməyən, süst vəziyyətdə çox yatan və ya çox az yataraq sutkanın çox hissəsini narahat keçirən uşaqlar, tez-tez xüsusən qida qəbulu ilə əlaqədar olmayan qusmaları olan uşaqlar, yuxudan ağlayaraq oyanan uşaqlar daha mütəmadi olaraq uşaq nevroloqun konsultasiyasında olmalıdır. Həkim uşağın motor (hərəki), sosial (psixi) və dil gəlişimini ayrı-ayrılıqda dəyərləndirməlidir. Əgər uşaq ən geci 9 ayda oturmursa, 18 ayda yeriyə bilmirsə və heç bir söz demirsə, üç yaşda sadə cümlələr qura bilmirsə valideynlər həyəcan siqnalı çalmalıdır”- deyə R.İbadova diqqətə çatdırıb.

Qeyd edək ki, Avropa Pediatrik Nevroloji konqres iyunun 24-dək davam edəcək.

 

http://azertag.az/xeber/1072806

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1