2017-06-30
Bakı Mühəndislik Universiteti Fransanın Valansyen Universiteti ilə əməkdaşlıq edəcək (AzerTac.az)

Fransanın Valansyen Universitetinin prezidenti, professor Abdelhakim Artiba və xarici əlaqələr şöbəsinin əməkdaşları Bakı Mühəndislik Universitetində olublar.

BMU-dan AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi bu ali məktəblər arasında əməkdaşlığın qurulmasıdır.

Əvvəlcə iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəddə müəllim və tələbə mübadiləsinin aparılması, magistrlərə ikili diplom verilməsi və birgə elmi konfransların təşkili nəzərdə tutulub.

BMU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri, tədris prosesi və burada tədris olunan müasir mühəndislik ixtisasları barədə məlumat verib.

Qeyd edilib ki, BMU-nun yeni yaranmasına baxmayaraq burada müasir standartlara cavab verən elektron universitet sistemi tətbiq olunur, ingilis dilində təhsil verilir. Eyni zamanda universitetin iş dünyası və xarici ali məktəblərlə əlaqələri yüksək səviyyədə qurulub. Müxtəlif mübadilə proqramları vasitəsilə tələbə və müəllimlər xarici universitetlərə gedirlər.

Professor A.Artiba bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə texniki və humanitar ixtisaslar üzrə təhsil verilir. Burada əsasən tibbi və əlillər üçün avadanlıq üzrə elmi araşdırmalar da aparılır. Universitetdə 65 ölkədən 1.200 tələbə təhsil alır.

Qonaqlar BMU-nun laboratoriyalarında olduqlarını, onlarda universitet haqqında yüksək təəssüratın yarandığını bildiriblər.

 

http://azertag.az/xeber/1074543

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1