2017-07-05
Ermənistanın Füzuli rayonunu atəşə tutması nəticəsində 2 kənd sakini ölüb, 1 nəfər yaralanıb (Report.az)

Bakı. 4 iyul. REPORT.AZ/ İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

https://report.az/dagliq-qarabag/ermenistanin-fuzuli-rayonunu-artilleriya-atesine-tutmasi-neticesinde-2-nefer-olub-1-nefer-yaralanifg/

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1