2017-07-14
Azərbaycan basketbolçusu karyerasını Fransada davam etdirəcək (AzerTac.az)

İyirmi yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü karyerasını Fransada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, millimizin kapitanı Endər Poladxanlı Fransanın “Paris Levolua” klubu ilə ikiillik müqavilə imzalayıb.

Keçən mövsüm “Sparta”nın (Çexiya) şərəfini qoruyan E.Poladxanlı avqustda Parisə yollanacaq.

Qeyd edək ki, “Paris Levoluva” klubu Fransa çempionatının altıncısı olub.

 

 

 

http://azertag.az/xeber/1077956

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1