2017-07-11
Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb (AzerTac.az)

Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribata etiraz əlaməti olaraq tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları məsciddə iyulun 4-də erməni təxribatı qurbanlarının qətlə yetirilən dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə Quran oxunub, ruhları üçün dualar ediblər.

Nant şəhərində yerləşən Türk mədəniyyət mərkəzində keçirilən toplantıda Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu vurğulanıb. Bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir.

Tədbirin sonunda baş verən hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul edilib. Müraciət İnsan Hüquqları komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib.

Müraciətdə beynəlxalq birlikdən işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunması tələb edilib.

 

 

http://azertag.az/xeber/Nant_seherinde_yasayan_azerbaycanlilar_beynelxalq_teskilatlara_muraciet_unvanlayib-1077230

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1