2017-08-28
Azərbaycan güləşçisi Aslanbek Alborov dünya çempionatında bürünc medal qazanıb (AzerTac)

Azərbaycan idmançısı Aslanbek Alborov Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatının sonuncu günündə bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, avqustun 26-da 65, 70, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Doxsan yeddi kiloqram çəkidə mübarizə aparan Azərbaycan idmançısı Aslanbek Alborov bürünc medal uğrunda qarşılaşmada Qazaxıstan idmançısı Mamed İbraqimova 3:2 hesabı ilə qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.

Digər təmsilçilərimizdən Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq) və Cəbrayıl Həsənov (74 kq) rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar.

 

http://azertag.az/xeber/1089000

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1