2017-10-10
Jilber Meyer: Qardaşlaşmış Kolmar və Şəki şəhərləri arasında münasibətlər geniş spektri əhatə edir

 Azərbaycanın Fransadakı, eyni zamanda, Müqəddəs Taxt-Tacda və Monakodakı səfiri Rəhman Mustafayev Kolmar şəhərinin meri Jilber Meyer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

J.Meyer əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib, Kolmarın qardaşlaşdığı Şəki şəhəri ilə münasibətlərinin getdikcə dərinləşdiyini və geniş spektri əhatə etdiyini vurğulayıb.

Səfir Rəhman Mustafayev əməkdaşlıq sahələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Dövlət səviyyəsində turizm və idmanın inkişafına xüsusi diqqət verildiyini bildirən səfir bu sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zərurətindən danışıb. Mövcud əməkdaşlığın mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələri əhatə etməsinin vacibliyini qeyd edib.

 

https://azertag.az/xeber/Jilber_Meyer_Qardaslasmis_Kolmar_ve_Seki_seherleri_arasinda_munasibetler_genis_spektri_ehate_edir-1101272

15076406792298954379_1000x669_1

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1