2017-10-10
Elmar Məmmədyarov: GUAM üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib

GUAM üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrilib. Təşkilat üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsində önəmli rola malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşündə bildirib.

Nazir deyib ki, üzv dövlətlər əlaqələri inkişaf etdirmək üçün, ilk növbədə, müstəqilliklərini möhkəmləndirməli, məruz qaldıqları işğal faktından qurtulmalıdırlar. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bu, üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.

“GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları var. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə E.Məmmədyarov vurğulayıb.

https://azertag.az/xeber/Elmar_Memmedyarov_GUAM_uzv_olkelerin_emekdasligi_uchun_vacib_platformaya_chevrilib-1100700

 

15074625891394623037_1000x669

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1