2017-10-26
Hikmət Hacıyev: CNN-in aparıcısı Azərbaycan ərazilərinin işğalının pərdələnməsində təbliğat alətinə çevrilib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-in aparıcısı Antoni Bourdaynın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur “Buzzfeed news” media orqanına müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibəsində Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün Antoni Bourdaynın adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib. O deyib: “Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində təbliğat alətinə çevrilib. İşğal altında olan ərazilərindən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.

Həmçinin H.Hacıyevin Twitter profilində paylaşdığı statusa istinadən müsahibədə yazılıb: “Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.

Müsahibənin tam mətni ilə linkdən tanış olmaq mümkündür.

https://azertag.az/xeber/Hikmet_Haciyev_CNN_in_aparicisi_Azerbaycan_erazilerinin_isgalinin_perdelenmesinde_tebligat_aletine_chevrilib-1106133

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1