2017-10-27
Ermənilərin girov götürdükləri azərbaycanlıların azad olunması ilə bağlı Parisdə petisiya başlanıb

Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova, qurumun üzvü Günel Səfərova tərəfindən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.

AZƏRTAC xəbər verir ki, petisiya Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Gido Reymondiyə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, Fransa Prezidenti Emmanuel Makrona və Milli Assambleyanın prezidenti Fransua dö Rügiyə ünvanlanıb.

Petisiyada 2014-cü il iyulun 12-də Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa buraxılması tələb olunur. Bildirilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində girov götürülüb. Azərbaycanlı girovların dözülməz şəraitdə saxlanıldıqları, onların qeyri-insani rəftara, fiziki və psixoloji işgəncəyə məruz qaldıqları qeyd edilir. Ermənistanın Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasını imzalamasına baxmayaraq ona riayət etmədiyi vurğulanır. Azərbaycanlı mülki şəxslərin girov saxlanmasının Ermənistanın beynəlxalq öhdəliklərini pozmasının bariz nümunəsi olduğu diqqətə çatdırılır.

Petisiyanı buradan imzalamaq olar:

https://azertag.az/xeber/Ermenilerin_girov_goturdukleri_azerbaycanlilarin_azad_olunmasi_ile_bagli_Parisde_petisiya_baslanib-1106594

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1