2017-10-27
Sergey Lavrov: Azərbaycan ilə Rusiya regionları arasında əlaqələr inkişaf edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası subyektləri başçılarının Xarici İşlər Nazirliyi yanında Şurasının iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan ilə Rusiya regionları arasında əlaqələr yaxşı inkişaf edir. O xatırladıb ki, Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan regionlararası forumunda 5 ikitərəfli sənəd imzalanıb. Rusiya regionlarında 650-yə yaxın müştərək müəssisə fəaliyyət göstərir.

Nazir, həmçinin deyib ki, Azərbaycandan və İrandan olan sərmayədarlar Həştərxandakı “Lotos” xüsusi iqtisadi zonasında zavodların inşasında yaxından iştirak edirlər. Rusiya regionları ilə xəzəryanı dövlətlər arasında münasibətlər geniş ticari-iqtisadi əlaqələrə əsaslanır. “Azərbaycan və İran sərmayədarları Həştərxandakı “Lotos” xüsusi iqtisadi zonasında yeni zavodların inşasında fəal iştirak edirlər. İran tərəfi, həmçinin bir sıra kənd təsərrüfatı layihələri həyata keçirir”, - deyə S.Lavrov bildirib.

https://azertag.az/xeber/Sergey_Lavrov_Azerbaycan_ile_Rusiya_regionlari_arasinda_elaqeler_inkisaf_edir-1106593

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1