2017-11-03
Pyer Alen Rafan: Azərbaycan və Fransa arasında əlaqələri daha da möhkəmləndirməyə çalışırıq

Azərbaycan və Fransa arasında əlaqələri daha da möhkəmləndirməyə çalışırıq. Bakıya səfərimizin məqsədi də bu istiqamətdə müzakirələr aparmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Pyer Alen Rafan bildirib.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri ölkələrimiz arasında təhsil, idman sahələrində və digər sahələrdə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq üçün çalışdıqlarını bildirib. Səfəri zamanı Fransız-Azərbaycan Universitetində də görüşlər keçirdiyini deyən qonaq Bakıda belə bir universitetin fəaliyyət göstərməsinin təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında dostluq qrupunun rəhbəri Fransanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi sənədləri daim dəstəklədiyini bildirib.

Pyer Alen Rafan Azərbaycanda olmaqdan və münasibətlərimizin inkişafı üçün çalışmaqdan qürur duyduğunu söyləyib.

https://azertag.az/xeber/Pyer_Alen_Rafan_Azerbaycan_ve_Fransa_arasinda_elaqeleri_daha_da_mohkemlendirmeye_chalisiriq-1108704

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1