2017-11-03
YUNESKO-nun proqram hesabatında “Bakı prosesi”nə dair məlumatlar yer alıb

YUNESKO-nun “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik” proqramının icrasına dair hesabatında “Bakı prosesi” haqqında məlumat yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabatda proqram çərçivəsində YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıqdan və ölkəmizin bu proqrama töhfələrindən bəhs edilir. Hesabatın 8-ci bəndində Azərbaycanın dəstəyi ilə mədəniyyətlərarası dialoqun elektron resurslar vasitəsilə təşviqi sahəsində görülən işlər və cari ilin mayında Bakıda keçirilmiş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Diversity, Dialogue and Sharing” adlı nəşrin təqdimatının keçirilməsi haqqında məlumat verilir.

Hesabatın 9-cu bəndində YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən “İnterculturalism at the crossroads” mövzusunda araşdırma fəaliyyətinə məhz 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində başlandığı qeyd edilir. Hesabatın 14-cü bəndində Foruma hazırlıq məqsədilə yaradılan İşçi Qrupuna BMT-nin müəyyən qurumları ilə yanaşı, YUNESKO-nun da daxil olduğu və bu sahədə fəal iş aparıldığı bildirilir. Hesabata Əlavənin 2-ci bəndində İpək Yolu Onlayn Platforması əlaqələndiricilərinin görüşünün də bu il Forumda reallaşdığı barədə məlumat verilir.

https://azertag.az/xeber/YUNESKO_nun_proqram_hesabatinda_Baki_prosesine_dair_melumatlar_yer_alib-1108807

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1