2017-11-14
Rusiya XİN başçısı Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada mətbuat konfransında deyib: “Gələn həftənin lap əvvəlində mənim Yerevana və Bakıya səfərlərim planlaşdırılıb. Bu səfərlər, ilk növbədə, Rusiya Federasiyası ilə Ermənistan Respublikası və müvafiq surətdə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyinə həsr edilib”.

S.Lavrovun sözlərinə görə, səfərin gündəliyində ikitərəfli münasibətlər məsələsi durur. Bu respublikaların hər biri ilə Rusiya Federasiyasının çox sıx ikitərəfli münasibətləri olduğunu vurğulayan nazir deyib: “Regional və beynəlxalq problemlər barəsində danışacağıq, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşündən sonra Qarabağ münaqişəsinin tənzimlənməsinə dair səylərimizin nəticələrini anlamağa çalışacağıq”.

https://azertag.az/xeber/Rusiya_XIN_baschisi_Azerbaycana_sefer_edecek-1111655

növbəti xəbər əvvəlki xəbər