2017-11-16
Mariya Zaxarova: Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır

Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib. O, bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini və siyasi dialoqun yüksək səviyyədə olduğunu deyib.

M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-də Bakıya səfər edəcəyini də bildirib. O, səfər çərçivəsində ikitərəfli münasibətlərin, aktual problemlərin müzakirə olunacağını vurğulayıb.

https://azertag.az/xeber/Mariya_Zaxarova_Azerbaycan_Cenubi_Qafqaz_regionunda_Rusiyanin_vacib_strateji_terefdasidir-1112297

növbəti xəbər əvvəlki xəbər