2017-11-22
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Yelisey sarayının baş aşpazının “Kulinariya” kitabının təqdimatı olub

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Yelisey sarayının baş aşpazı Giyom Qomezin ”Kulinariya” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun mədəniyyətimizin və milli mətbəximizin dünyada, xüsusilə də Fransada təşviqi ilə bağlı həyata keçirdiyi layihələrdən danışıb.

Azərbaycan kulinariya mədəniyyətinin tarixinə toxunan R.Mustafayev bildirib ki, yemək masası mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün sadə və birbaşa vasitədir. Kulinariya mədəniyyəti və tarixi ilə bağlı tədqiqatlar cəmiyyətimizin sosial, siyasi və iqtisadi mutasiyalarını aydın şəkildə görməyə imkan verir. Kulinariya mədəniyyəti insanları və mədəniyyətləri bir araya gətirir.

Bu nəşrin digər qastronomiya kitablarından fərqləndiyini qeyd edən Giyom Qomez kitabda mətbəx texnikasına üstünlük verildiyini vurğulayıb. O, cəmiyyətin bütün sahələri kimi kulinariyanın da daim inkişafda olduğunu bildirib.

https://azertag.az/xeber/Parisdeki_Azerbaycan_Medeniyyet_Merkezinde_Yelisey_sarayinin_bas_aspazinin_Kulinariya_kitabinin_teqdimati_olub-1113963

növbəti xəbər əvvəlki xəbər