2017-11-25
Mer Arno Robine: Reyms şəhəri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin Reyms şəhərinin meri Arno Robine ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə səfir Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumat verib, ölkəmizin müstəqilliyinin bərpasından sonra üzləşdiyi problemdən danışıb. İki ölkə arasında mədəniyyət, təhsil, kənd təsərrüfatı sahələrində həyata keçirilən layihələrdən bəhs edib. Ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı tərəflər qarşılıqlı prioritet sahələri qeyd edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Reyms şəhərinin meri Arno Robine ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin direktoru Mari-Letisiya Qurden və TEAS-ın əməkdaşı Ülkər Müllər iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər