2017-12-16
Milli Məclisin deputatı AŞPA-nın Büro iclasında iştirak edib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova Parisdə təşkilatın Büro iclasında iştirak edib.

İclasda Avropa Şurasının baş katibinin məlumatı dinlənilib, daimi komitənin Kopenhagendə keçirilən iclası ilə bağlı fikir mübadiləsi aparılıb.

AŞPA-nın 2018-ci il üçün əməkdaşlıq fəaliyyətinə dair planlar nəzərdən keçirilib.

S.Qafarova müzakirə olunan məsələlərlə bağlı fikrini bildirib.

https://azertag.az/xeber/Milli_Meclisin_deputati_ASPA_nin_Buro_iclasinda_istirak_edib-1121547

növbəti xəbər əvvəlki xəbər