2017-12-20
Mövlud Çavuşoğlu: Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir. Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Türkiyənin Ermənistanla əlaqələrinin bərpa olunması üçün əvvəlcə Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və İran arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı. Üçtərəfli görüşün faydasını daha da artırmaq üçün bu formatın genişləndirilməsi nəzərdə tutulur. İran tərəfinin təklifi nəzərə alınaraq növbəti görüş Türkiyədə keçiriləcək.

https://azertag.az/xeber/Movlud_CHavusoglu_Ermenistan_Azerbaycanin_erazi_butovluyune_hormet_etmelidir-1122616

növbəti xəbər əvvəlki xəbər