2018-01-18
Müdafiə Nazirliyi: Erməni hərbçisinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə məlumat yalandır VİDEO

Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yalandır. Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunda hökm sürən özbaşınalıq və intizamsızlıq nəticəsində baş vermiş bu hadisənin erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.

“Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordudakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar”, - deyə nazirliyin açıqlamasında bildirilib.

https://azertag.az/xeber/Mudafie_Nazirliyi_Ermeni_herbchisinin_Azerbaycan_terefinden_achilan_ates_neticesinde_yaralanmasi_barede_melumat_yalandir_VIDEO-1129348

növbəti xəbər əvvəlki xəbər