2018-01-22
Prezident İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüşüb VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə “Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd etdi. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Royal_Phillips_sirketinin_bas_icrachi_direktoru_ile_gorusub_VIDEO-1130535

növbəti xəbər əvvəlki xəbər