2018-01-24
Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub VİDEO

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_Davosda_Israilin_Bas_naziri_ile_gorusu_olub_VIDEO-1131100

növbəti xəbər əvvəlki xəbər