2018-01-31
Azərbaycanlı rəssamın əsərləri art3f Paris sərgisində nümayiş olunub

Paris “Porte de Versailles” salonunda 4-cü beynəlxalq müasir incəsənət (art3f Paris) sərgisində ölkəmizi Sevinc Novruz təmsil edib.

AZƏRTAC xəbər verir ki, S.Novruzun əsərləri art3f Paris beynəlxalq sərgisində də maraqla qarşılanıb.

Art3f Paris sərgisində müxtəlif ölkələrdən 220-yə yaxın qalereya və fərdi incəsənət ustasının rəsm, heykəltəraşlıq əsərləri və fotoları nümayiş olunub. Art3f Paris sərgisində nümayiş olunan əsərlər xüsusi seçim qaydası ilə müəyyən edilir.

https://azertag.az/xeber/1132832

növbəti xəbər əvvəlki xəbər