2018-02-19
“Unudulmaz Dərdimiz Qarabağ” adlı rəsm sərgisi açılacaq

Fevralın 24-də Xətai Sənət Mərkəzində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Unudulmaz Dərdimiz Qarabağ” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” insan hüquqlarının müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunacaq.

Tədbirdə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-dək əsərinin nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, sərgidə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edə bilər.

https://azertag.az/xeber/1138038

növbəti xəbər əvvəlki xəbər