2018-02-21
Fransa portalı Azərbaycan səfirinin regionlara səfərindən yazır

Fransanın www.bretagnecommerceinternational.com portalında “Azərbaycan səfiri regionlara ilk səfəri üçün Brötanı seçdi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin Brötan regionuna səfərindən, onun bu regionda keçirdiyi görüşlərdən yazılıb.

Bildirilir ki, Azərbaycanın prioritet inkişaf sektorları bu istiqamətdə fəaliyyət göstərən Brötan müəssisələri ilə uyğundur. Ölkəmizin iqtisadiyyatını tarazlaşdırmağa, turizm, logistika, aqroərzaq, kənd təsərrüfatı, gəmiçilik sahələrinin inkişafına böyük önəm verdiyi diqqətə çatdırılır və bu sahələrin Brötan iqtisadiyyatının aparıcı sektorları ilə uyğun gəldiyi göstərilir. İki ölkənin iqtisadiyyatı arasında birgə fəaliyyətin mümkünlüyü diqqətə çatdırılır.

Yazıda Renn Universitetinin UFAZ ilə tərəfdaşlığından söz açılır. Şimal və Cənub, Avropa və Asiya arasında körpü olan ölkəmizdə 60 fransız şirkətinin fəaliyyət göstərdiyi və 800 şirkət ilə ticarət mübadiləsinin aparıldığı vurğulanır. Azərbaycanın Qafqaz regionundakı rolunun əhəmiyyətinə toxunulur.

Bildirilir ki, səfirlə görüşlərdə gələcək iqtisadi münasibətlərin genişləndirilməsi müzakirə olunub.

https://azertag.az/xeber/1138673

növbəti xəbər əvvəlki xəbər