2018-02-27
Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda, BMT-nin Cenevrə bölməsinin baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

https://azertag.az/xeber/1140490

növbəti xəbər əvvəlki xəbər