2018-02-27
Məmmədyarov: "Rəsmi Bakı üçün hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur"

Rəsmi Bakı Azərbaycan və Ermənistanda keçiriləcək seçkilərdən sonra prezidentlərin görüşünü istisna etmir.

APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə RİA "Novosti"yə açıqlamasında deyib.

Nazir bildirib ki, həmsədrlərlə sonuncu görüş zamanı Azərbaycanda və Ermənistanda seçkiöncəsi mühit nəzərə alınıb: "Biz danışdıq ki, hər iki ölkədə bu emosional fon bitdikdən sonra danışıqlara qayıdaq

Maraqlı ideyalar və hazırlıqlar var və bunlar Krakov və Vyana görüşlərində müzakirə olunub. Biz həmsədrlərin də çağırış etdiyi kimi, danışıqlar prosesini davam etdirmək istəyindəyik" 

E. Məmmədyarov qeyd edib ki, rəsmi Bakı üçün hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur: "Nə qədər ki, siyasətçilər yorulmayıb, bu prosesi daha da sürətləndirmək lazımdır. Çünki hamı bilir ki, qoşunların kazarmalara qayıtması, insanların evinə dönməsi və sülhün bərqərar olması üçün hansı yolla getmək lazımdır. Biz bütün məsələlərin əməkdaşlıq yolu ilə həll olunmasını istəyirik".

https://apa.az/dagliq_qarabag/memmedyarov-resmi-baki-ucun-hazirda-dagliq-qarabag-munaqisesinin-sulh-yolu-ile-helline-alternativ-yoxdur-9849.html

növbəti xəbər əvvəlki xəbər