2018-03-15
Azərbaycan səfiri etimadnaməsini Monakonun Şahzadəsinə təqdim edib

Azərbaycanın Fransada, eyni zamanda, Müqəddəs Taxt-Tacda və Monako Knyazlığındakı səfiri Rəhman Mustafayev etimadnaməsini Monakonun Şahzadəsi II Albertə təqdim edib.

Şahzadə II Albert salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. R.Mustafayevi yeni təyinatı münasibətilə təbrik edən Şahzadə Azərbaycana səfərini məmnunluqla xatırlayıb. O qeyd edib ki, Azərbaycanla iqtisadiyyat, gənclər və idman sahələrində əlaqələr, eləcə də hökumətlərarası dialoq yüksək səviyyədədir.

Səfir Rəhman Mustafayev ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunaraq, siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətindən danışıb. O, ölkəmizin Monako Knyazlığı ilə davamlı iqtisadi əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu vurğulayıb.

Səfər çərçivəsində R.Mustafayev Monako İqtisadi Palatasının icraçı direktoru Dani Rubreş ilə görüşüb.

Görüşdə ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın da dərinləşdirilməsinin önəmi vurğulanıb.

https://azertag.az/xeber/1145015

növbəti xəbər əvvəlki xəbər