2018-03-27
Reyhan Camalovanın adı “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə daxil edilib

Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə ilk dəfə azərbaycanlı yeniyetmənin - Reyhan Camalovanın adı daxil edilib.

AZƏRTAC xəbər verir ki, “Forbes”in hesabatında ən gənc ixtiraçılardan biri kimi yer alan R.Camalova “İstək” liseyinin şagirdidir. Onun hazırladığı yağış suyundan enerji istehsal edən “Reynerci (Rainergy)” qurğusu jurnalda ən diqqətçəkən ixtiralardan biri kimi qeyd olunub.

https://azertag.az/xeber/1147340

növbəti xəbər əvvəlki xəbər