2018-04-04
Bildiriş

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi bu ölkədə yaşayan və müvəqqəti qeydiyyatda olan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırır ki, 2018-ci ilin 11 aprelin tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar səfirliyin Mədəniyyət Mərkəzində (1, avenue Charles Floquet, Paris 75007) seçki məntəqəsi yaradılıb.

Seçki məntəqəsi 11 aprel saat 08:00-dan 19:00-a kimi fəaliyyət göstərəcək. Səfirliyin konsulluq şöbəsində qeydiyyatda olan aktiv səsvermə hüququ olan Azərbaycan Respublikasının vətəndaşları özlərinə məxsus pasportla səs verə biləcəklər.

Səfirlik Fransada yaşayan və müvəqqəti qeydiyyatda olan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarına ölkə konstitusiyasında təsbit olunan əsas insan və vətəndaş hüquqları və azadlıqlarının tərkib hissəsi olan seçki hüququnun təmin edilməsində lazımı köməkliyi göstərməyə hazırdır.

növbəti xəbər əvvəlki xəbər