2018-04-05
Azərbaycan Fransaya nota verəcək

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik".

Bu sözləri APA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olması Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

https://apa.az/dagliq_qarabag/azerbaycan-fransaya-etiraz-notasi-gonderecek-5846.html

növbəti xəbər əvvəlki xəbər