2018-04-09
Dünyanın aparıcı KİV nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-i də daxil olmaqla, 150-yə yaxın jurnalist Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, onların arasında “The Washington Times”, “The Hill”, “The Jerusalem Post”, “The Tames of İsrael”, “Daily Caller”, “Muslim World Today”,  “The Algemainer”, “İndependent Journal Review”, “RAİ” TV, “New Europe”, “Al Jaazeera”, ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-in nümayəndələri var.

ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Belçika, Bolqarıstan, Qətər, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Livan, Mərakeş, İordaniya, Misir, İsrail, Türkiyə, İndoneziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin aparıcı KİV-i Azərbaycandakı seçkiləri müşahidə edəcəklər. 

https://apa.az/xeber-az/media-xeber/dunyanin-aparici-kiv-numayendeleri-azerbaycandaki-seckileri-musahide-edecekler-3202.html

növbəti xəbər əvvəlki xəbər