2018-04-09
Elmar Məmmədyarov: “Qoşulmama Hərəkatı ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətlə yanaşır”

“Nazirlər əhəmiyyətli qərarlar verib. Bəyanatlardan görəcəksiniz ki, üzv ölkələr beynəlxalq sərhədlərə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Hərəkat ölkələrin suverenliyinə hörmət edəcək, ölkələrin daxili işinə qarışmamağa üstünlük verəcək, gücdən istifadəyə qarşı çıxacaq”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının aralıq nazirlər konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.  

Nazir bildirib ki, Ermənistanla münaqişə hələ də davam edir: “Bu məsələ də bəyanatda əksini tapıb. Göstərilir ki, BMT qətnamələrinə baxmayaraq, münaqişə həll olunmayıb və regional təhlükəsizliyə təhdid təşkil edir. Mən bu müddəanın sənədə daxil edilməsinə görə iştirakçılara təşəkkürümü bildirmişəm”.

https://apa.az/xarici_siyaset/elmar-memmedyarov-qosulmama-herekati-erazi-butovluyu-ve-beynelxalq-seviyyede-taninmis-serhedlere-hormetle-yanasir-8935.html

növbəti xəbər əvvəlki xəbər