2018-04-12
Fransalı parlamentarilər Lənkəranda seçki prosesini izləyiblər

Avropa Şurasını təmsil edən fransalı parlamentarilər Lənkəranda seçki prosesini izləyiblər. 

 

APA-nın cənub bürosunun məlumatına görə, 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasının 27 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçilər bildiriblər ki, müşahidə apardıqları məntəqələrdə heç bir qayda pozuntusu aşkar olunmayıb.
 

“İndiyə kimi müşahidə etdiyimiz məntəqələrdə heç bir problem yoxdur. Hər şey normaldır”, - deyə Fransa Senatının üzvü Kern Klod (Kern Claude) bildirib. 
 

Fransa Senatının digər üzvü Duranton Nikole isə Azərbaycanda insanların daha çevik olduğunu bildirib: “Fransa ilə müqayisədə burada insanlar səs verməyə çox uzaqdan belə gəlirlər. Lənkəranda da bir çox məntəqələrə baxacağıq, sonra Bakıya yola düşəcəyik. Azərbaycan çox gözəl bir ölkədir. Bizi çox gözəl qarşıladılar, burada insanlar həddən artıq çox mehribandır”. 

https://apa.az/daxili_siyaset/fransali-parlamentariler-lenkeranda-secki-prosesini-izleyibler-8111.html

növbəti xəbər əvvəlki xəbər