2018-04-24
Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyir, ən səmimi arzularımı çatdırıram.

Bu münasibətlə mən növbəti illərdə də ikitərəfli əlaqələrimizi inkişaf etdirmək arzusunda olduğumu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Fransanın var qüvvəsi ilə çalışacağını bir daha vurğulamaq istəyirəm.

Bu il fevralın 21-də Sizə göndərdiyim məktubda qeyd etdiyim kimi, bu məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını vacib hesab edir və yaxın aylarda Parisdə Sizinlə görüşmək arzusunda olduğumu bildirirəm.

Cənab Prezident, bir daha Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdıraraq, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə, Sizin

Emmanuel Makron

Fransa Respublikasının Prezidenti

https://azertag.az/xeber/1156206

növbəti xəbər əvvəlki xəbər