2018-05-23
Las-Veqas şəhərinin meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, konsulluğa ünvanlanmış bəyannamədə Las-Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə, həmçinin Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq əlaqələrinin davamlı inkişafından məmnunluq ifadə edilir.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las-Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las-Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

https://azertag.az/xeber/Las_Veqas_seherinin_meri_Azerbaycan_Xalq_Cumhuriyyetinin_100_illiyi_ile_bagli_tebrik_beyannamesi_imzalayib-1165451

növbəti xəbər əvvəlki xəbər