2018-07-19
“Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total”ın iştirak imkanları müzakirə olunub VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

AZƏRTAC–ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olundu.

https://azertag.az/xeber/Umid_Babek_tebii_qaz_yataqlarinin_islenilmesinde_Totalin_istirak_imkanlari_muzakire_olunub_VIDEO-1181178

növbəti xəbər əvvəlki xəbər