2018-10-25
Azərbaycanın Fransadakı səfiri Montoban şəhərinin meri ilə görüşüb VİDEO

Bu il Azərbaycan ilk demokratik respublikanın 100 illiyini qeyd edir. Meriyamızda gender bərabərliyi var və bildirmək istəyirəm ki, müsəlman ölkəsi olan Azərbaycanda bir çox Avropa ölkələrindən, eləcə də Fransadan əvvəl qadınlara səsvermə hüququ verilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Montoban şəhərinin meri Brijit Barej Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ilə görüşdə söyləyib.

B.Barej rəhbərlik etdiyi şəhər, onun tarixi, iqtisadi göstəriciləri haqqında məlumat verib. Montobanın kənd təsərrüfatı zonası olduğunu bildirib. Azərbaycanın Avropa və Asiya arasında körpü olduğunu xatırladaraq, onun çox mürəkkəb geosiyasi məkanda yerləşməsindən, ölkəmizin ərazilərinin beşdən birinin işğal altında olmasından xəbərdar olduğunu qeyd edib.

Mer İkinci Dünya müharibəsində Fransa torpaqlarının işğaldan azad edilməsində canlarından keçən azərbaycanlı əsgərlərdən danışıb. Onların xatirəsinin daim yad edildiyini bildirib.

Görüşdə səfir merə Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib. Fransanın müxtəlif şəhərlərində müqavimət hərəkatına qoşulan azərbaycanlı əsgərlərdən söhbət açıb, onların bu torpaqların azad edilməsində fədakarlıqla döyüşdüklərini xatırladıb.

https://azertag.az/xeber/Azerbaycanin_Fransadaki_sefiri_Montoban_seherinin_meri_ile_gorusub_VIDEO-1207898

növbəti xəbər əvvəlki xəbər