2019-04-22
Türkiyənin baş konsulu: Yeni açılan Azərbaycan məktəbi Vətənlə əlaqələri daha da möhkəmləndirəcək VİDEO

Qürbətdə yaşayan bacı-qardaşlarımız üçün belə məktəbin açılması çox vacibdir. Qürbətdəki soydaşlarımızın mədəniyyətlərindən, adət-ənənələrindən uzaq düşməməsi üçün belə məktəblərin rolu əvəzedilməzdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Qarabağ” Azərbaycan məktəbinin açılışında iştirak edən Nant şəhərində Türkiyənin baş konsulu İshak Ebrar Çubukçu söyləyib.

O qeyd edib ki, Nantda yaşayan azərbaycanlıların övladlarının Azərbaycan tarixini, mədəniyyətini və dilini bilməsi çox önəmlidir. Vətənlə olan əlaqələri daha da möhkəmləndirmək lazımdır.

“Regionda Türkiyənin baş konsulu kimi müəllimlərimizlə görüşürük. Burada doğulan uşaqların vaxtaşırı ölkələrinə getməsinin, Vətənlə olan tellərin daha da möhkəmləndirilməsinin vacibliyindən söz açırıq. Ancaq onlar Fransada yaşadıqları üçün bu ölkənin dilini və mədəniyyətini də yaxşı bilməlidirlər. Bu, onların yerli cəmiyyətə inteqrasiyası üçün vacib amillərdəndir. Azərbaycan icmasını məktəbin açılışı münasibəti ilə təbrik edirəm. Əminəm ki, məktəbin işi xeyirli və uğurlu olacaq”, - deyə İshak Ebrar Çubukçu bildirib.

https://azertag.az/xeber/1273009

növbəti xəbər əvvəlki xəbər