Fransa Respublikasında dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası

Valideynlərdən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Fransa Respublikası ərazisində doğulduğu halda və həmin şəhərin meriyası tərəfindən ona doğum haqqında şəhadətnamə (acte de naissance) verildiyi təqdirdə, Səfirliyin Konsulluq bölməsi tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün valideynlər tərəfindən aşağıdakı sənədlər Səfirliyin Konsulluq bölməsinə təqdim edilməlidir:

Meriya tərəfindən rəsmiləşdirilən doğum haqqında şəhadətnamənin (acte de naissance) appostil verilmiş və tərcümə edilmiş əsli;

Hər iki valideynin şəxsiyyətini təsdiq edən, etibarlılıq müddəti bitməmiş sənədlərin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) surəti;

Nikah haqqında şəhadətnamənin surəti;

Qeyd 1: Sənədlər qanunvericiliyin tələblərinə uyğun təqdim edildiyi təqdirdə Konsulluq tərəfindən uşağa Fərdi İdentifikasiya Nömrəsinin (FİN) verilməsi məqsədilə aidiyyəti orqana sorğu verilir. FİN verildikdən sonra tərəfimizdən müraciət edən şəxslərlə əlaqə saxlanılır və pasportun rəsmiləşdirilməsi üçün Konsulluğa dəvət olunur.

Qeyd 2: Fransa dövlət orqanları tərəfindən verilən sənədlər andlı tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilməlidir.

Arxiv üzrə axtarış