“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 10 iyul 2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən Frana Prezidenti Emmanuel Makrona məktub

Hörmətli cənab Prezident,

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi çatdırıram.

Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik.

Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah arzulayıram.

 

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2026-cı il

 

 

https://president.az/az/articles/view/72957

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti