“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyul 2026

“Paris–Pekin Yürüşü” ilk dəfə Azərbaycanda dayanacaq etdi

12 iyul – 1 sentyabr 2026-cı il tarixlərində keçirilən “Paris–Pekin Yürüşü – İpək Yolu ilə” Avropa, Türkiyə, Qafqaz, Mərkəzi Asiya və Çin ərazisindən keçməklə Parisi Pekinlə birləşdirir.

“Paris–Pekin Yürüşü”nün tarixində ilk dəfə olaraq iştirakçı ekipajlar 25 və 26 iyul 2026-cı il tarixlərində Azərbaycanda dayanacaq ediblər.

25 iyul tarixində iştirakçılar Tbilisidən Bakıya gələrək Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın paytaxtını kəşf ediblər.

26 iyul tarixində onlar Bakıdan Ələtə doğru yollarına davam etmiş, daha sonra Qazaxıstana yola düşən bərəyə minərək İpək Yolunun izləri ilə səyahətlərini davam etdiriblər.

Azərbaycandakı bu dayanacaq təxminən 15 000 kilometrlik, kəşf, mədəni mübadilə və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi ruhunda keçən bu möhtəşəm səyahətin yaddaqalan və əlamətdar məqamlarından biri olub.

Azərbaycan Respublikasının Fransadakı Səfirliyi bu beynəlxalq macəranın Azərbaycan ərazisindən keçməsi ilə bağlı məmnunluğunu bildirir və bütün heyətə Pekinə qədər səyahətlərini uğurla davam etdirməyi arzulayır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti