2017-05-24

Parisdə Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək. (Apa.az)

Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçiriləcək xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı yerli ictimaiyyətə təqdim olunacaq.     

Tədbir iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, şair, dramaturq, publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisin deputatı Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

http://m.apa.az/az/medeniyyet-xeberleri/medeniyyet-siyaseti/parisde-vaqif-semedoglunun-xatire-gecesi-kecirilecek-3878.html

 

Arxiv üzrə axtarış