2017-06-20

Səidə Zülfüqarova Parisdə solo konsert verəcək (AzerTac.az)

Tanınmış pianoçu Səidə Zülfüqarova iyunun 25-də Parisdə Bulon-Bilankur Birləşmiş Protestant Kilsəsində solo konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Səidə Zülfüqarova “facebook” səhifəsində paylaşıb. Konsertin proqramına L.Betxoven, F.Şopen, C.Hacıyev, F.Bədəlbəyli və F.Sayın əsərləri daxildir.

Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Paris IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova Fransa Dövlət Diplomuna layiq görülüb.

http://azertag.az/xeber/1071910

Arxiv üzrə axtarış