2018-01-12

Səfir: Azərbaycan ilə İsveçrə arasında sıx əməkdaşlıq mövcuddur

Ötən il Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olundu. Ölkələrimiz arasında dostluq münasibətləri və sıx əməkdaşlıq mövcuddur, birgə layihələr həyata keçirilir. Beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler yanvarın 12-də keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, İsveçrə şirkətləri Azərbaycanda çox fəaldır. Azərbaycanda 20-dən çox İsveçrə şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarına bərabərdir. “İki ölkə arasında yaxşı münasibətlərin olmasının iqtisadi əlaqələrin daha da inkişafına kömək edəcəyinə əminik”, - deyə səfir vurğulayıb.

https://azertag.az/xeber/Sefir_Azerbaycan_ile_Isvechre_arasinda_six_emekdasliq_movcuddur-1127922

Arxiv üzrə axtarış