2018-01-24

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.

Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_BP_sirketinin_bas_icrachi_direktoru_ile_gorusub_YENILANIB_VIDEO-1131052

Arxiv üzrə axtarış