2020-02-17
Cellul Bequra: Azərbaycanın digər müsəlman ölkələrindən fərqi dini müxtəlifliyin zəngin olmasıdır VİDEO

Azərbaycan bizim üçün kəşf idi. İnanıram ki, bu, “France 2” televiziya kanalının izləyiciləri üçün də belə olacaq. Çox əsrlik mədəni irsi və tarixi olan bu ölkədə mədəni və dini müxtəliflik, sivilizasiya zənginliyi fövqəldir. Azərbaycan məhz bu səciyyəvi xüsusiyyətləri ilə diqqəti daha çox cəlb edir.

Bu fikirləri ölkəmizin Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerasından sonra “France 2” televiziya kanalının “İslam” verilişinin, eləcə də filmin prodüseri Cellul Bequra (Djelloul Beghoura) AZƏRTAC-a müsahibəsində deyib.

Bildirib ki, filmin çəkilişi zamanı ölkəmizin mədəniyyətinin nə qədər qədim kökləri olduğunun şahidi olub. İnsanlarla kommunikasiyada ölkəmizdə mədəniyyətin, təhsilin, tolerantlığın, dünyaya açıqlığın yüksək səviyyəsini görüblər.

https://azertag.az/xeber/1415227

növbəti xəbər əvvəlki xəbər